Azərbaycandakı diplomatik korpusun rəhbərləri üçün növbəti brifinq
19 oktyabr 2020 18:16 (UTC +04:00)

Azərbaycandakı diplomatik korpusun rəhbərləri üçün növbəti brifinq

Bu gün ADA Universitetində Azərbaycandakı diplomatik korpusun rəhbərləri, səfirlər, ölkəmizdə akkreditə olunmuş xarici hərbi attaşelər və beynəlxalq təşkilatların ölkəmizdəki nümayəndəliklərinin rəhbərləri üçün brifinq təşkil olunub.

APA-nın xəbərinə görə, brifinqdə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Ermənistan ordusu tərəfindən Azərbaycanın yaşayış məntəqələri və mülki əhalisinə qarşı edilən hücumlar barədə diplomatları məlumatlandırıb.

Azərbaycanın Birinci vitse-prezidentinin köməkçisi Elçin Əmirbəyov və Müdafiə Nazirliyinin (MN) Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinin rəisi, general-mayor Hüseyn Mahmudov Ermənistan ordusunun 18 oktyabrda əldə olunan müvəqqəti humanitar atəşkəsi dəfələrlə pozduğunu vurğulayıblar.

Brifinqdə sentyabrın 27-dən indiyədək Ermənistan silahlı qüvvələrinin hücumları nəticəsində həyatını itirən şəxslərin sayı, yaralıların sayı barədə məlumatlar verilib, foto faktlar nümayiş etdirilib.

Sonda diplomatların müvafiq sualları cavablandırılıb.

# 709
avatar

Oxşar yazılar