71
16:44
19 Oktyabr 2020

"Gəncə terroru erməni radiosunda qisas kimi təqdim olunub” - Prezidentin köməkçisi

“Biz eşitmişik ki, Ermənistanın bir radio verilişində Gəncəyə raket hücumuna bəraət qazandırılıb və bu hücum Ermənistan tərəfinin qisası kimi təqdim olunub. Təbii ki, bu cür çıxışlar edən insanlar da məsuliyyətə cəlb edilməlidir”.

APA-nın məlumatına görə, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ADA Universitetində diplomatik korpusun nümayəndələri üçün keçirilən brifinqdə deyib.

O bildirib ki, Ermənistan tərəfi Dağlıq Qarabağın və Azərbaycanın digər işğal altında olan ərazilərini tam nəzarətdə saxlayır: “Təbii ki, məsuliyyət məhz Ermənistan rəhbərliyinin üzərinə düşür. İndiki əməliyyatlar da onu göstərdi ki, Ermənistan Silahlı Qüvvələri və Ermənistan Ordusu bu əməliyyatlarda birbaşa iştirak edir, Dağlıq Qarabağ ərazisində Azərbaycan Ordusuna qarşı döyüşür, hətta hücumlar həyata keçirir. Ermənistan tərəfinin Azərbaycanın dinc əhalisinə qarşı həyata keçirdiyi hərbi cinayətlər Ermənistanın Azərbaycana təcavüzünün davamıdır. Bir sıra maddələr üzrə əsirgötürülmə, insanların yaşadığı yerdən didərgin edilməsi, mülki insan və obyektlərin hücuma məruz qalması – bütün bunlar üzrə Azərbaycan artıq beynəlxalq təşkilatlara müraciət hazırlayır”.

Dİgər xəbərlər