32
15:19
19 Oktyabr 2020

Şagirdlərin elektron yerdəyişməsi TƏXİRƏ SALINDI

Şagirdlərin elektron yerdəyişməsi müvəqqəti təxirə salınır.

Təhsil Nazirliyindən Lent.az -a verilən məlumata görə, “Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən təhsil müəssisələrinin fəaliyyəti ilə bağlı əlavə tədbirlər” barədə Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, 2 noyabr 2020-ci il tarixinədək bütün təhsil müəssisələrində əlavə tətil günlərinin müəyyən edilməsi nəzərə alınaraq, yerdəyişmə prosesinin həyata keçirilməsi müvəqqəti təxirə salınır.

Elektron portalın açılma tarixi barədə ictimaiyyətə əlavə məlumat veriləcək.

Dİgər xəbərlər