“Sərxoş” filmi London kinofestivalının qalibi oldu
19 oktyabr 2020 15:06 (UTC +04:00)

“Sərxoş” filmi London kinofestivalının qalibi oldu

Danimarkalı rejissor Tomas Vinterberqin “Sərxoş” filmi 64-cü London kinofestivalının “Ən yaxşı bədii film nominasiyası”nda qalib olub.

Lent.az AZƏRTAC-a istinadla xəbər verir ki, COVID-19 pandemiyası ilə əlaqədar festivalın budəfəki qaliblərini münsiflər heyəti deyil, tamaşaçılar təyin edib.

“Ən yaxşı sənədli film” nominasiyası üzrə isə “Rəssam və oğru” (The Painter and the Thief) ekran əsəri qalib seçilib. Film çex rəssamı Barbara Kisilkova ilə onun Osloda rəsm qalereyasından iki əsərini oğurlayan norveçli cinayətkar arasında yaranan məhəbbətdən bəhs edir.

Builki kinofestival fərqli bir formatda keçirilib. Kinoteatrlarda nümayiş olunan filmlərin sayı məhtudlaşdırlıb, fəxri qonaqların filmləri və çıxışları isə “YouTube” və “Amazon Prime Video” servislərilə yayımlanıb. Təltifetmə mərasimi də virtual formatda keçirilib.

# 1654
avatar

Oxşar yazılar