Türkiyəli məşhurlar Azərbaycana "Məktub" ilə yardım olur
19 oktyabr 2020 14:21 (UTC +04:00)

Türkiyəli məşhurlar Azərbaycana "Məktub" ilə yardım olur

“YouTube” fenomeni Əli Biçim, Məsut Can Tomay və azərbaycanlı müğənni Nahidə Babaşlıdan ərazisi Ermənistan tərəfindən işğal olunmuş Azərbaycana dəstək gəldi.

Lent.az xəbər verir ki, onların birlikdə ərsəyə gətirdikləri "Məktub" adlı mahnı yüzlərlə insanın diqqətini çəkib. Sənətçilər qısa müddətdə izləmə rekordunu qıran klipdən əldə olunan gəlirlərin Azərbaycana yardım üçün göndəriləcəyi açıqlayıb.

“Gəlirləri Azərbaycana bağışlayacağımız "Məktub" mahnımız sizinlədir. İnşallah Azərbaycanın real , bizim də mənəvi olaraq yaşadığımız bu çətin günləri dəf edəcəyik”.

Qeyd edək ki, sözləri və musiqisi Nahidə Babaşlıya məxsus olan mahnının aranjımanı Denizkan Boz tərəfindən olunub. Buğra Kunt tərəfindən ustalıqla hazırlanan mahnının klipinin rejissoru Məsut Can Tomaydır.

Lent.az “Məktub” adlı mahnının klipini təqdim edir:

# 1372
avatar

Lamiyə Məmmədova

Oxşar yazılar