71
13:37
19 Oktyabr 2020

“Neftçi”nin hücumçusu koronavirusa yoluxdu

“Neftçi”nin futbolçusu Prins İbara koronavirus infeksiyasına yoluxub.

Apasport.az xəbər verir ki, bu barədə africatopsports.com saytı məlumat yayıb.

Bildirilib ki, konqolu hücumçu təxminən 10 gün əvvəl millisinin düşərgəsində virusa yoluxub. Bakı təmsilçisinin yeni transferi hazırda karantindədir.

Qeyd edək ki, Prins İbara "Neftçi"yə ötən ay Belçikanın "Beerşot" klubundan birillik icarəyə götürülüb.

Dİgər xəbərlər