Kolumbiyada təyyarə qəzası: tələbə sağ qalıb
19 oktyabr 2020 08:18 (UTC +04:00)

Kolumbiyada təyyarə qəzası: tələbə sağ qalıb

Kolumbiyanın paytaxtı Boqotada kimikhəcmli təlim təyyarəsi qəzaya uğrayıb.

APA TASS-a istinadən xəbər verir ki, bu barədə ölkənin Mülki Aviasiya Administrasiyası məlumat yayıb. 

Bildirilib ki, “Quaymaral” hava limanının ərazisində baş verən qəza zamanı təyyarədə tək olan tələbə sağ qalıb. Ona dərhal ilkin tibbi yardım göstərilərək xəstəxanaya aparılıb. 

Təyyarənin “Aeroandes” təlim-uçuş məktəbinə aid olduğu qeyd edilib. 

Hadisə ilə bağlı araşdırma aparılır. 

 

# 811
avatar

Oxşar yazılar