14:49
18 Oktyabr 2020

Moskvada Gəncə terrorunun qurbanları anıldı - FOTO

Moskvada Ermənistanın Azərbaycanın Gəncə şəhərində törətdiyi terror qurbanları anılıb.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, Azərbaycanın Rusiyadakı səfirliyinin giriş qapısında oktyabrın 17-də Gəncədə dinc sakinlərin həyatına qəsdlə nəticələnən terror qurbanlarının xatirəsinə həsr olunmuş güşə yaradılıb.

Moskvada yaşayan Azərbaycan icmasının üzvləri, yerli sakinlər Gəncədəki terror qurbanlarının xatirəsini yad etmək üçün həmin güşəni ziyarət edərək ora gül dəstələri qoyurlar.

Moskvada koronavirus pandemiyası ilə bağlı epidemiloji tədbirlər sərtləşdirildiyindən insanların kütləvi şəkildə toplaşması qadağan olunub. Bu səbəbdən də Gəncə terrorunun qurbanlarının xatirəsini yad etməyə Azərbaycan icmasının nümayəndələri növbə ilə gəlirlər.

Dİgər xəbərlər