11:40
17 Oktyabr 2020

“Bu canilərə ən ağır cəzanı Şuşanı və Xankəndini işğaldan azad etdikdən sonra verəcəyik”- Azay Quliyev

“Paşinyan və Tonoyan Gəncədə törətdikləri hərbi cinayətlərə görə mütləq cəzalarını alacaqlar. Bu cəzanı ilk növbədə BMT-nin Təhlükəsizlik Şurası verməlidir”.

Lent.az xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şürasının sədri Azay Quliyev mətbuata açıqlamasında bildirib. Çıxışı zamanı bildirib ki, oktyabrın 19-da toplanacaq Təhlükəsizlik Şurasından ədalətli və qətiyyətli qərar gözlənilir:

“Bu onların tarix qarşısında sınağı olacaq. Azərbaycan dövləti və ordusu isə torpaqlarımızı işğaldan azad etməklə bu caniləri cəzalandırmaqda davam edir. Bu gün Ali Baş Komandan cənab İlham Əliyevin Füzuli şəhərinin işğaldan azad olunmasını xalqa elan etməsi işğalçı ölkəyə vurulan ağır zərbə, Paşinyan və Tonoyana verilən növbəti cəzadır. Bu canilərə ən ağır cəzanı isə Şuşanı və Xankəndini işğaldan azad etdikdən sonra verəcəyik. Bu tarixi və şərəfli gün çox yaxındadır. İndiyə kimi ədalət mühakiməsindən heç bir cani qaça bilməyib. Xalqımız buna əmin olsun! Qarabağ Azərbaycandır!”

Dİgər xəbərlər