Sumqayıtda küçədə naməlum kişi meyiti tapıldı
17 oktyabr 2020 01:12 (UTC +04:00)

Sumqayıtda küçədə naməlum kişi meyiti tapıldı

Sumqayıtda Sahil küçəsində naməlum kişi meyiti aşkar edilib. 

APA-nın yerli bürosunun məlumatına görə, meyitin üzərində heç bir sənəd olmayıb. 

Həmin şəxsin 50-55 yaşlarında kişi olduğu bildirilir. Onun avtomobil tərəfindən vurulduğu ehtimal olunur.

Hazırda hüquq-mühafizə orqanları tərəfindən meyitin şəxsiyyəti müəyyənləşdirilir.  

Meyit aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

# 532
avatar

Oxşar yazılar