14:29
16 Oktyabr 2020

Hikmət Hacıyevdən ermənilərin Ordubada raket atmasına MÜNASİBƏT

Azərbaycan prezidentinin köməkçisi Hikmət Hacıyev ermənilərin Naxçıvan Muxtar Respublikasının Ordubad rayonuna raket atmasına münasibət bildirib.

Lent.az xəbər verir ki, bu barədə o, özünün rəsmi "Twitter" hesabında məlumat paylaşıb:

"Ermənistan Naxçıvanın Ordubad bölgəsinə raket hücumu etdi. Bu, Ermənistanın bütün yollarla münaqişənin coğrafi əhatəsini genişləndirməyə çalışdığına dəlalət edir. Hərbi Əməliyyat Teatrının xaricində Azərbaycan şəhərlərinə raket atəşi açılır. Bütün məsuliyyət Ermənistanın üzərinə düşür".

Dİgər xəbərlər