Dünənki yol qəzalarında 4 nəfər ölüb
16 oktyabr 2020 12:44 (UTC +04:00)

Dünənki yol qəzalarında 4 nəfər ölüb

Respublikanın daxili işlər orqanları dünən gün ərzində törədilmiş 18 cinayətin üstünü “isti izlər”lə açıb.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, əvvəlki dövrlərdən bağlı qalan 9 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 13 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 6 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında baş verən 2 ağır yol-nəqliyyat hadisəsi nəticəsində 4 nəfər ölüb, 1 nəfər xəsarət alıb.   

Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 10, qanunsuz saxlanılan silah-sursatla bağlı 2 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 24 nəfər saxlanılıb.

# 331
avatar

Mehman Nəbiyev

Oxşar yazılar