Fransa klubunda koronavirusa kütləvi yoluxma
16 oktyabr 2020 11:43 (UTC +04:00)

Fransa klubunda koronavirusa kütləvi yoluxma

Fransanın daha bir klubunda koronavirus infeksiyasına yoluxma halı aşkarlanıb.

Apasport.az saytının məlumatına görə, Liqa1 təmsilçisi “Monpelye”də kütləvi yoluxma olduğu açıqlanıb.

Klub rəsmi saytı vasitəsilə dünən götürülən testlərin nəticəsinin 12 nəfərdə pozitiv çıxdığını yayıb. Onlardan 8-i futbolçu, 4-ü klub işçisidir. Adları açıqlanmayan həmin şəxslər karantinə alınıb. Bu səbəbdən bütün kollektivin yenidən testdən keçirilməsi barədə qərar qəbul olunub.

Qeyd edək ki, “Monpelye” Liqa1-in VII turu çərçivəsində oktyabrın 18-də “Monako” ilə qarşılaşmalı olsa da, matçın baş tutmama ehtimalı yüksəkdir.

# 457
avatar

Oxşar yazılar