09:43
16 Oktyabr 2020

Bəzi regionlarda həftəsonları ictimai nəqliyyat işləməyəcək - DİQQƏT

Gəncə, Yevlax, Mingəçevir, Lənkəran, Şəki, Şirvan şəhərlərində və Göygöl, Samux, Sabirabad, Quba rayonlarında epidemiyanın yayılma sürəti artdığı üçün müvəqqəti həftəsonları ictimai nəqliyyatın dayandırılması zərurəti yaranıb.

Bu barədə Lent.az -a Dövlət Avtomobil Nəqliyyatı Xidmətindən məlumat verilib. Bildirilib ki, “Xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq Qərarına əsasən Koronovirus infeksiyasının yayılmasının qarşısının alınması və onunla mübarizə istiqamətində qeyd edilən regionlarda 17 oktyabr saat 00:00-dan 19 oktyabr saat 06:00-dək, 24 oktyabr saat 00:00-dan 26 oktyabr saat 06:00-dək və 31 oktyabr saat 00:00-dan 2 noyabr saat 06:00-dək ictimai nəqliyyatın hərəkətinin dayandırılması barədə qərar qəbul edilib.

Qalan günlərdə ictimai nəqliyyatın hərəkətinə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidməti tərəfindən ciddi nəzarət ediləcək. Belə ki, avtobusların salonlarında dezinfeksiyaedici məhlulların mütəmadi qoyulması və tibbi maskalardan istifadəyə xüsusi diqqət ayrılıb. Avtobusların gündəlik dezinfeksiya olunması ilə bağlı tələbin icrasına nəzarətin gücləndirilməsi məqsədilə xüsusi monitorinq qrupu yaradılıb.

Dİgər xəbərlər