"Shacman"la minik maşını toqquşdu, ölən var
15 oktyabr 2020 18:01 (UTC +04:00)

"Shacman"la minik maşını toqquşdu, ölən var

İsmayıllıda ölümlə nəticələnən yol qəzası olub.

Lent.az FHN-in rəsmi saytına istinadla xəbər verir ki, İsmayıllı rayonunun Kürdmaşı kəndi ərazisində “VAZ” markalı minik avtomobili və “Shacman” markalı yük avtomobili toqquşub.

Hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri sürücü 48 yaşlı Əhmədov Xudamverdi Əhməd oğlunun meyitini deformasiyaya uğrayan minik avtomobilindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

# 661
avatar

Mehman Nəbiyev

Oxşar yazılar