“Sivasspor” “Qarabağ”la oyunun azarkeşlə keçirilməsi üçün TFF-yə MÜRACİƏT
15 oktyabr 2020 12:33 (UTC +04:00)

“Sivasspor” “Qarabağ”la oyunun azarkeşlə keçirilməsi üçün TFF-yə MÜRACİƏT

Türkiyə klubu “Sivasspor” Avropa Liqasının qrup mərhələsində keçiriləcək ev oyunlarına azarkeşləri cəlb etməyi planlaşdırır.

Apasport.az saytının məlumatına görə, İ qrupunda “Vilyarreal” (İspaniya), “Qarabağ” (Azərbaycan) və “Makkabi” (Təl-Əviv, İsrail) ilə mübarizə aparacaq Super Liqa təmsilçisi adıçəkilən komandalarla ev matçlarını boş tribunalar önündə keçirmək fikrində deyil.

UEFA-nın qaydalarına əsasən, yerli dövlət orqanlarının icazəsi olarsa, tribunaların 30 faizinə azarkeş buraxmaq mümkündür. “Sivasspor” rəhbərliyi də bunu nəzərə alaraq Türkiyə Futbol Federasiyasına (TFF) rəsmi müraciət ünvanlayıb. Klub hazırda federasiyanın verəcəyi qərarı gözləyir.

Qeyd edək ki, “Sivasspor”un “Qarabağ”la Sivasdakı matçı noyabrın 5-də keçiriləcək.

# 823
avatar

Oxşar yazılar