08:23
15 Oktyabr 2020

ABŞ-ın baş infeksionisti Trampın səhətilə bağlı son durumu açıqladı

“Prezident Tramp artıq tam sağalıb, onun kimsə yoluxdurmaq təhlükəsi yoxdur”.

APA TASS-a istinadən xəbər verir ki, bunu ABŞ Milli Allergik və Yoluxucu Xəstəliklər İnstitutunun direktoru Entoni Fauçi CNN-ə açıqlamasında bildirib.

O, prezidentdən götürülən son testlərin nəticələrinə istinad edərək bu qənaətə gəldiyini bildirib.

Xatırladaq ki, ABŞ lideri və xanımı Melaniyanın oktyabrın 2-də yeni növ koronavirusa yoluxduğu bildirilmişdi. Oktyabrın 5-də isə Tramp müalicə olunduğu hospitaldan Ağ Evə qayıtmışdı.

Dİgər xəbərlər