13:00
14 Oktyabr 2020

"Moyka"dan maşını qaçırıb...

Xaçmazda avtomobil qaçırılıb.

Lent.az DİN mətbuat xidmətinə istinadla xəbər verir ki, oktyabrın 13-də saat 14 radələrində Xaçmaz rayon Polis Şöbəsinə şəhər ərazisindəki avtoyuma məntəqələrinin birindən şəhər sakini A.Zeynalovun “Lexus” markalı avtomobilinin qaçırılması barədə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobil həmin gün səkiyə vurulan vəziyyətdə şəhər ərazisində tapılıb. Nəqliyyat vasitəsini qaçıranın şəxsiyyəti isə müəyyən edilib.

Əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Dİgər xəbərlər