Ermənistan əhalisinin bu qədəri işsiz qalacaq - PROQNOZ
14 oktyabr 2020 12:42 (UTC +04:00)

Ermənistan əhalisinin bu qədəri işsiz qalacaq - PROQNOZ

Bu il Ermənistanda işsizlik səviyyəsi artaraq 22,3 faiz təşkil edəcəyi proqnozlaşdırılır.

"APA-Economics"in məlumatına görə, bu barədə Beynəlxalq Valyuta Fondunun (BVF) "World Economic Outlook" hesabatının oktyabr buraxılışında deyilir.

Hesabatda 2021-ci ildə Ermənistanda işsizlərin sayı bir qədər azalaraq 21,1 faizə enəcəyi proqnozlaşdırılır.

Xatırladaq ki, BVF-nin Ermənistanda işsizlik üzrə apreldə dərc olunmuş proqnozları 2020-ci il üçün 19, 2021-ci il üçün isə 18,4 faizə bərabər idi.

Qeyd edək ki, ötən il Ermənistan işsizlik 18,9 faiz olub.

# 592
avatar

Oxşar yazılar