“Qarabağ”ın keçmiş braziliyalı futbolçusu erməni terrorunu pislədi  - FOTO
14 oktyabr 2020 12:25 (UTC +04:00)

“Qarabağ”ın keçmiş braziliyalı futbolçusu erməni terrorunu pislədi - FOTO

Azərbaycanda çıxış etmiş daha bir futbolçu Vaqner da Silva Ermənistan silahlı qüvvələrinin atdığı raket nəticəsində Gəncədə baş verən hadisəyə münasibət bildirib.

Apasport.az saytının məlumatına görə, “Qarabağ”ın sabiq qapıçısı erməni terrorunu pisləyən paylaşım edib.

2018-2020-ci illərdə Ağdam klubunun formasını geyinmiş braziliyalı qolkiper instaqram səhifəsi vasitəsilə “Gəncə üçün dua et” haştaqlı şəkli paylaşıb və ölənlərin ailələrinə başsağlığı verib.

Qeyd edək ki, oktyabrın 11-də Ermənistan ordusunun Gəncədə yaşayış ərazisini raket atəşinə tutması nəticəsində 9 mülki şəxs ölüb, 40-dan çox insan yaralanıb.

# 874
avatar

Oxşar yazılar