Şoyqu Azərbaycan və Ermənistanın müdafiə nazirləri ilə danışıb
14 oktyabr 2020 11:10 (UTC +04:00)

Şoyqu Azərbaycan və Ermənistanın müdafiə nazirləri ilə danışıb

Rusiyanın müdafiə naziri, ordu generalı Sergey Şoyqunun Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov və Ermənistanın müdafiə naziri David Tonoyanla telefon danışığı olub.

Bu barədə APA-nın Moskva müxbirinə Rusiya Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Telefon danışığı zamanı S. Şoyqu oktyabrın 10-da Moskvada əldə olunmuş humanitar atəşkəslə bağlı müvafiq öhdəliklərin tam icra olunmasına dair azərbaycanlı və erməni həmkarlarına çağırış edib.

# 589
avatar

Oxşar yazılar