09:12
11 Oktyabr 2020

Bakının mərkəzində beşmərtəbəli binada yanğın oldu

Bakının Yasamal rayonunda yaşayış binasında yanğın olub.

Lent.az FHN-in rəsmi saytına istinadla xəbər verir ki, Yasamal rayonunda beşmərtəbəli yaşayış binasının sonuncu mərtəbəsində ümumi sahəsi 40 m² olan mənzildə ev əşyaları 5 m² sahədə yanıb. Yüksək temperaturdan 1 ədəd kondisioner əriyib. Mənzil yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Dİgər xəbərlər