15:32
10 Oktyabr 2020

Nazir: "Ermənistan hücum əməliyyatları keçirməyə cəhd edib və geri oturdulub"

“10 gün ərzində aparılan əməliyyatlar zamanı hərbçilər və mülki şəxslər həlak olub. Eyni zamanda əsir götürülmüş hərbçilər var. Beynəlxalq təşkilatlardan, bir sıra dövlətlərdən çoxsaylı müraciətlər daxil olurdu ki, hümanitar atəşkəs olunsun”.

APA-nın məlumatına görə, bunu bu gün keçirilər brifinqdə Xarici İşlər naziri Ceyhun Bayramov bildirib.

C.Bayramov deyib ki, ötən günlər ərzində Rusiya Prezidenti Vladimir Putin xüsusi təşəbbüslə çıxış edib, Azərbaycan Prezidenti və Ermənistan Baş Naziri ilə razılıqlar əldə olunub: “Dünən buna əsasən Moskvada müvafiq sənəd imzalandı. Həlak olmuş hərbçilərin cəsədlərinin çıxarılması, hərbçilərin və digər saxlanılmış şəxslərin mübadiləsinin həyata keçirilməsi nəzərdə tutulur. Bu, mürəkkəb, spesifik əməliyyatdır və bu işlərlə bağlı koordinasiya Beynəlxalq Qırmızı Xaç Komitəsinin üzərinə qoyulub. Hələ ki, bu əməliyyatların başlanmasına şərait yaradılmayıb. Çünki Ermənistan növbəti dəfə təxribatçı üzünü göstərdi. Bu gün saat 12-dən atəşkəs təmin edilməli idi, ancaq Ermənistan hücum əməliyyatları keçirməyə cəhd edib və geri oturdulub”.

Dİgər xəbərlər