17:26
10 Oktyabr 2020

Maşından 6 kiloya yaxın narkotik aşkarlandı

Masallıda avtomobildən külli miqdarda narkotik maddə aşkarlanıb.

Lent.az DİN mətbuat xidmətinə istinadla bildirir ki, Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional Şöbəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında Masallı rayonu ərazisində əməliyyat tədbiri keçiriblər. Nəticədə narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Cəlilabad rayon sakini, əvvəllər məhkum olunmuş G.Cəbrayılov saxlanılıb. Şəxşi axtarış zamanı ondan 11 qramdan artıq tiryək, idarə etdiyi “VAZ-2106” avtomobilə baxış zamanı isə 5 kiloqram 165 qram heroin, 545 qram tiryək və 191 qramdan artıq metamfetamin, habelə yaşadığı evə baxış zamanı 335 qramdan artıq marixuana aşkar edilərək götürülüb.

Dİgər xəbərlər