“Məktəb avtobusu” pilot layihəsinə start verilir - YENİLİK
09 oktyabr 2020 10:31 (UTC +04:00)

“Məktəb avtobusu” pilot layihəsinə start verilir - YENİLİK

Təhsil Nazirliyi həftə sonları ictimai nəqliyyatın fəaliyyət göstərmədiyini nəzərə alaraq müvafiq qurumlarla birgə məktəblərdə əyani tədrisə dəstək üçün yeni layihəyə start verir.

Nazirlikdən Lent.az-a verilən məlumata görə, xüsusi karantin rejimi dövründə Abşeron rayonu, Bakı və Sumqayıt şəhərlərində şagird sıxlığının səmərəli tənzimlənməsi məqsədilə bir sıra  dövlət ümumtəhsil müəssisəsində altı günlük dərs həftəsi tətbiq olunub.

Layihə çərçivəsində Bakı Nəqliyyat Agentliyi, Dövlət Avtomobil Nəqliyyatı Xidməti və Sumqayıt şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə oktyabrın 10-dan etibarən seçilmiş istiqamətlərdə şənbə günləri ictimai nəqliyyatın hərəkəti təmin olunacaq. İlk dəfə pilot qaydada təşkil ediləcək xüsusi marşrutlar üzrə avtobuslardan yalnız məktəb tərəfindən arayış verilən  müəllim, şagird və valideynlər istifadə edə biləcəklər. Valideynlər və müəllimlər oktyabrın 9-dan müvafiq təhsil müəssisələrinə müraciət etməklə arayışı əldə edə bilərlər.

Növbəti həftələrdə layihənin əhatə dairəsinin genişləndirilməsi davam edəcək.

# 796
avatar

Hicranə Əlişqızı

Oxşar yazılar