Niderland Türk Federasiyasından Ermənistanın təcavüzünə ETİRAZ
07 oktyabr 2020 13:15 (UTC +04:00)

Niderland Türk Federasiyasından Ermənistanın təcavüzünə ETİRAZ

Niderlandda fəaliyyət göstərən Türk Federasiyası (NTF) işğalçı Ermənistanın cəbhə zonasından uzaq olan Azərbaycan şəhərlərini raket zərbələrinə məruz qoymasına etiraz olaraq bəyanat yayıb.

Bu barədə Lent.az-a Diasporlarla İş üzrə Dövlət Komitəsindən məlumat verilib. Bəyanatda bildirilib ki, Ermənistanın raket atəşilə mülki insanları və obyektləri hədəfə alması yolverilməzdir.

NTF hesab edir ki, əbədi sülhün bu regiona gəlməsi təcavüzkar, işğalçı qüvvələrin beynəlxalq qanun normalarına uyğun olaraq Qarabağı birdəfəlik tərk etməsi zamanı mümkün olacaq.

# 346
avatar

Hicranə Əlişqızı

Oxşar yazılar