11:07
07 Oktyabr 2020

"Əsgərlərimiz qəhrəmandırlar, Allah onları qorusun" - Fikrət Qoca

“Əsgərlərimizin gözündən, alnından öpürəm”.

Lent.az -ın məlumatına görə, bu sözləri son günlər cəbhədə baş verən hadisələrlə bağlı fikirlərini Kulis.az la bölüşən Xalq şairi Fikrət Qoca söyləyib. Şair bildirib ki, Qarabağın tezliklə tamam azad olunacağına şübhəsi yoxdur:

“Ordumuzun uğurlarına çox sevinirəm. Qarabağı alırıq və alacağıq. Balalarımız, nəvələrimiz tezliklə o gözəl yerləri görəcək”.

F.Qoca daha sonra bunları əlavə edib:

“Əsgərlərimiz böyük bir missiya həyata keçirirlər. Onlar ölümsüzlüyə, əbədiyyata gedirlər. İrəliləyib qalan torpaqlarımızı da işğaldan azad edəcəyik. Əsgərlərimiz qəhrəmandırlar. Allah onları qorusun!”

Dİgər xəbərlər