Çingiz Abdullayevdən xalqa ÇAĞIRIŞ
06 oktyabr 2020 11:02 (UTC +04:00)

Çingiz Abdullayevdən xalqa ÇAĞIRIŞ

“Azərbaycan Prezidenti Əl-Cəzirəyə ingilis dilində müsahibə verdi! Ağıllı, mənalı, qüsursuz və məntiqli.”

Lent.az-ın məlumatına görə, bu sözləri Xalq yazıçısı Çingiz Abdullayev son günlərin hadisələrinə münasibət bildirərək öz Facebook profilində qeyd edib. O, sonra yazıb:

“Dünya kanallarında jurnalist və analitiklərimiz demək olar ki, yoxdur. Xalqımızın dil biliklərinə və analitik bacarıqları olan mütəxəssislərə həmişə ehtiyacı olacaqdır.

Əziz həmvətənlərim!

Təxribatçılara qulaq asmayın!

Bildiyiniz bütün dillərdə yazın. Yalnız öz doğma Azərbaycan dilində deyil! Yalnız dünyanın əsas dillərində deyil - İngilis, Çin, Fransız, İspan, Rus, Alman, Ərəb, Türk. Gürcü, fars dilini bilirsinizsə, bu dillərdə də yazın.

Erməni dilini bilirsənsə, qonşularımız üçün yazın!

Qonşularına olan əbədi nifrətin xalqlarını hara apardığını oxusunlar və görsünlər. Danış, yaz, bacardığın yerə qədər inandır!

Dünya həqiqəti bilməlidir!

Və hörmətli Prezidentimizə təşəkkür edirəm!

Siyasətçi cəsarətinə görə. Adi bir əsgərdən Ali Baş Komandana qədər hər kəsə təşəkkür edirəm - Cəbrayıl üçün!”

# 418
avatar

Oxşar yazılar