Düşmənin atəşə tutduğu Gəncədə 450 abonentin qaz təchizatı məhdudlaşdırılıb
05 oktyabr 2020 14:55 (UTC +04:00)

Düşmənin atəşə tutduğu Gəncədə 450 abonentin qaz təchizatı məhdudlaşdırılıb

Oktyabrın 5-i səhər saatlarından etibarən cəbhənin təmas xəttində düşmənin Bərdə şəhərini atəşə tutması səbəbindən təhlükəsizlik tədbirləri nəzərə alınaraq saat 11:20-dan etibarən Bərdə şəhərinin və rayonun bir neçə yaşayış məntəqəsinin qaz təchizatı məhdudlaşdırılıb.

Lent.az-a "Azəriqaz" İstehsalat Birliyindən verilən məlumata görə, Gəncə şəhərinin raket atəşinə tutulması nəticəsində baş vermiş dağıntılar və təhlükəsizlik tədbirləri nəzərə alınaraq oktyabrın 4-dən etibarən Gəncə şəhərinin Əziz Əliyev və Əli Nəzmi küçələrini təbii qazla təmin edən iki orta təzyiqli polietilen yeraltı qaz xətləri zədələnib və ümumilikdə 450 abonentin qaz təchizatı məhdudlaşdırılıb. Hazırda təmir işləri aparılır.

Qeyd edilib ki, “Azəriqaz”çətinliklərə baxmayaraq həyati əhəmiyyətli və strateji obyektlərin qaz təchizatını diqqətdə saxlayır.

# 400
avatar

Hicranə Əlişqızı

Oxşar yazılar