13:15
05 Oktyabr 2020

Türkiyədə koronavirusa qarşı peyvəndin sınağı başlayır

Türkiyədə koronavirusa qarşı yerli peyvəndlə bağlı işlər davam edir.

Lent.az Türkiyə mediasına istinadən verdiyi xəbərə görə, ölkənin səhiyyə naziri Fəxrəddin Qoca bildirib ki, ən azı üç peyvənd nümunəsinin iştirakı ilə 10 gün ərzində insanlar üzərində sınaqlar başlayacaq.

Nazir bildirib ki, Türkiyədə ümumillikdə 13 peyvənd nümunəsi üzərində işlər aparılır.

Onun sözlərinə görə, peyvəndlə bağlı bu gün ölkə prezidenti Rəcəb Tayyib Ərdoğana məlumat veriləcək və daha sonra 1 həftə, 10 gün içində insanlar üzərində sınaq mərhələsi başlayacaq.

Dİgər xəbərlər