12:20
05 Oktyabr 2020

Hikmət Hacıyev yaşayış məntəqələrimizin atəşə tutulmasına münasibət bildirdi

Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev ermənilərin yaşayış məntəqələrimizi hədəfə alması barədə özünün rəsmi "twitter" hesabında paylaşım edib.

Lent.az sözügedən paylaşımı təqdim edir:

"Erməni silahlı qüvvələri Azərbaycanın Gəncə, Bərdə, Beyləqan və digər bəzi şəhərlərində sıx məskunlaşan mülki ərazilərə raket hücumları edir. Bu barbarlıq və vandalizmdir. Düşmənin bu addımı isə təbii ki, Ermənistanın siyasi-hərbi rəhbərliyinin zəifliyi və çaxnaşmanın əlamətidir".

Dİgər xəbərlər