“Ermənistanın işğalçılıq siyasətini qətiyyətlə pisləyirik” - Şimali Kiprin Baş Naziri
04 oktyabr 2020 14:43 (UTC +04:00)

“Ermənistanın işğalçılıq siyasətini qətiyyətlə pisləyirik” - Şimali Kiprin Baş Naziri

“Ermənistanın işğalçılıq siyasətini qətiyyətlə pisləyirik. Azərbaycanlılar türkiyəlilər qədər bizə doğmadır”.

APA-nın yerli bürosunun xəbərinə görə, bunu Şimali Kipr Türk Cümhuriyyətinin Baş Naziri Ersin Tatar CNN TÜRK-ə müsahibəsində deyib.

“Azərbaycanın işğal altında olan tarixi torpaqlarının tez bir zamanda  azad edilməsini istəyirik. Biz haqlı mübarizələrində azərbaycanlı qardaşlarımızın yanındayıq”, - deyə E. Tatar bildirib.

Baş Nazir Azərbaycanın ikinci ən böyük şəhəri olan Gəncənin Ermənistan silahlı qüvvələri tərəfindən atəşə tutulmasını da pisləyib.

O qeyd edib ki, Ermənistan təcavüzkar hücumları ilə regionda sülhün, sabitliyin pozulmasına səbəb olaraq təhlükəli vəziyyət yaradır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 726

Oxşar yazılar