DİQQƏT! - Düşmən təxribatlarını indi də BU PROQRAM vasitəsilə həyata keçirir - RƏSMİ
04 oktyabr 2020 10:05 (UTC +04:00)

DİQQƏT! - Düşmən təxribatlarını indi də BU PROQRAM vasitəsilə həyata keçirir - RƏSMİ

Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti Ermənistanın həyata keçirdiyi növbəti təxribatı qeydə alıb.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətindən Lent.az-a verilən məlumata görə, belə ki, Ermənistan tərəfi "Periscope" vasitəsilə canlı yayımlar edərək Azərbaycan xəritəsinin saxtalaşdırılmış versiyasını nümayiş etdirir və Azərbaycanın bir neçə şəhərində müxtəlif ərazilərin Ermənistan ərazisi olduğunu iddia edir.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti bildirir ki, bu məlumat həqiqəti əks etdirmir və mövcud xəritədə heç bir dəyişiklik olunmayıb.

Vətəndaşlarımızdan xahiş olunur ki, bu kimi məlumatlara etimad göstərməsinlər və hər hansı kiberinsidentlə üzləşdikdə və ya metodiki dəstəyə ehtiyac olduqda www.cert.az saytı və ya reports@cert.az e-poçtu vasitəsilə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinə müraciət etsinlər.

# 619
avatar

Oxşar yazılar