19:54
03 Oktyabr 2020

Əfqanıstanda terror aktı nəticəsində 15 nəfər öldü


Əfqanıstanın Nəngərhar vilayətində partlayış baş verib.

APA-nın məlumatına görə, hadisə nəticəsində azı 15 nəfər həlak olub, 30-dan insan yaralanıb.

Ölənlərdən səkkiz nəfərin dinc sakin olduğu deyilir. Minalanmış avtomobil qubernatorun iqamətgahının yaxınlığında partlayıb, daha sonra silahlı terrorçular iqamətgaha girməyə cəhd etsələr də, təhlükəsizlik qüvvələri tərəfindən zərərsizləşdiriliblər.

Dİgər xəbərlər