04:12
03 Oktyabr 2020

Bakıda kişi qonşusu tərəfindən bıçaqlanıb

Bakının Nizami rayonunda qonşular arasında dava düşüb.

APA xəbər verir ki, hadisə 8-ci kilometr qəsəbəsində baş verib.

1984-cü il təvəllüdlü Əsədov Elşən Əmirxan oğlu qonşuluğunda yaşayan şəxslə əlbəyaxa dava zamanı bıçaqlanıb.

Yaralı xəstəxanaya yerləşdirilib.

Dİgər xəbərlər