18:40
02 Oktyabr 2020

Erməni əsgərləri hərbi texnikaları ataraq qaçır - VİDEO

Artıq bir neçə gündür ki, Ermənistan Silahlı Qüvvələri müxtəlif növ silahlardan, o cümlədən ağır artilleriyadan istifadə etməklə bir neçə istiqamətdən Azərbaycanın yaşayış məntəqələrini və hərbi mövqelərini atəşə tutur.

Lent.az APA TV-yə istinadla xəbər verir ki, Azərbaycan Ordusu həmin hücumların qarşısını uğurlu hərbi əməliyyatları ilə qarşını alır. Hazırda proses davam edir.

Bütün cəbhə boyu gedən döyüşlərdə Ermənistan silahlı qüvvələri ciddi itkilər verib.

Füzuli istiqamətində gedən döyüşlərdə düşmənin hərbi texnikaları ələ keçirilib. Ələ keçirilən texnikalar eyni bölməyə aid olan 1 UAZ və 2 URAL tipli hərbi avtomobillərdir.

Dİgər xəbərlər