18:37
02 Oktyabr 2020

Arif Hacılı Ədalət Vəliyevlə görüşdü

Müsavat Partiyasının başqanı Arif Hacılı Prezident Adminstrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyevlə görüşüb.

APA-nın xəbərinə görə, bu barədə Arif Hacılı “Facebook” səhifəsində məlumat verib.

O bildirib ki, görüşdə əvvəlcədən razılaşdırıldığı kimi Qarabağ məsələsi ilə bağlı müzakirələr olub:

“Ərazi bütövlüyümüzün təmin olunması üçün son dövrlərdə həyata keçirilən zəruri tədbirlərlə bağlı xüsusi fikir ayrılıqlarımızın olmamasını, dövlətimizin və xalqımızın taleyində mühüm olan Qarabağ məsələsində vahid siyasi iradənin nümayiş etdirilməsinin vacibliyi haqqında mövqeyimizi bir daha dəqiqləşdirdik.

Bu istiqamətdə görüləcək bəzi zəruri məsələlərdən danışdıq”.

Dİgər xəbərlər