15:44
02 Oktyabr 2020

MİQ üzrə növbəti yerləşdirməyə start verilir - RƏSMİ

Ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə növbəti yerləşdirməyə start verilir.

Bu barədə Lent.az -a Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, yerləşdirmədə iştirak etmək istəyən namizədlər 2 oktyabr saat 18:00-dan 5 oktyabr saat 23:59-dək şəxsi səhifələrinə daxil olaraq vakant yer seçməli və elektron ərizələrini təsdiq etməlidirlər.

Növbəti yerləşdirmə zamanı boş qalan vakant yerlərlə yanaşı, yeni yaranan vakant yerlər də elan olunacaq. Bu mərhələdə 4000-dən çox vakant yerin çıxarılması nəzərdə tutulub.

Müsabiqənin əsas və əlavə yerləşdirilmə mərhələsinə 9562 vakant yer çıxarılıb və 6417 namizəd işə qəbul edilib.

Qeyd edək ki, yalnız Bakı şəhəri üzrə ümumi təhsil müəssisələrində ibtidai sinif müəllimliyi üzrə müəllimlərin işə qəbulu Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən həyata keçiriləcək.

Dİgər xəbərlər