15:52
01 Oktyabr 2020

"Türkiyə bütün imkanları ilə Azərbaycana dəstək verməyə davam edəcək" - Ərdoğan

“Azərbaycanlı qardaşlarımızın işğal altındakı torpaqlarını azad etmək və vətənlərini qorumaq mübarizəsində onların yanlarında olacağıq”.

APA-nın yerli bürosunun xəbərinə görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə Böyük Millət Məclisinin (TBMM) payız sessiyasının açılışında çıxışı zamanı deyib.

O bildirib ki, ATƏT-in Minsk qrupunun həmsədr ölkələri – ABŞ, Rusiya və Fransa və Rusiya 30 ilə yaxındır bu münaqişəyə laqeyd yanaşıblar: “Baş verənlərin qarşısında onların atəşkəs axtarışı içində olmaları hər şeydən əvvəl qəbuledilməzdir. Hə, nə isə istənilirsə, o zaman işğalçılar o torpaqlardan çıxmalıdır ki, nəticə əldə edilsin. Azərbaycanlı qardaşlarımız öz torpaqlarına qayıtmaq istəyirlər, bunun həsrətindədirlər. Mən bunları cənab Putinlə də, cənab Makronla da müzakirə etmişəm. Amma həmişə oturublar, danışıblar, lakin nəticə yoxdur. İndi nəticə vaxtıdır. Ermənilərin qədim Azərbaycan torpağı Qarabağı işğalına və mülki əhaliyə qarşı törətdikləri qətliamlara kar, kor və lal qalanların bu gün nümayiş etdirdikləri davranış ikiüzlülükdür”.

Ərdoğan qeyd edib ki, Türkiyə bütün imkanları, bütün qəlbi ilə Azərbaycana dəstək verməyə davam edəcək.

Dİgər xəbərlər