Həmsədr ölkələrin dövlət başçılarının Qarabağdakı vəziyyətlə bağlı birgə bəyanatı hazırlanır - Kreml
01 oktyabr 2020 15:29 (UTC +04:00)

Həmsədr ölkələrin dövlət başçılarının Qarabağdakı vəziyyətlə bağlı birgə bəyanatı hazırlanır - Kreml

Dağlıq Qarabağ münaqişəsi regionunda vəziyyət Rusiya Federasiyası Təhlükəsizlik Şurasının iclasında müzakirə olunub.

Kremlin mətbuat xidmətindən APA-nın Moskva müxbirinə verilən məlumata görə, Rusiya Prezidenti Vladimir Putinin rəhbərliyi ilə keçirilən iclasda Dağlıq Qarabağ münaqişəsi zonasının təmas xəttindəki vəziyyətə xüsusi diqqət ayrılıb, davam edən döyüşlərlə bağlı son dərəcə narahatlıq ifadə olunub.

Prezident V. Putin iclas iştirakçılarını ATƏT-in Minsk Qrupu həmsədr ölkələrinin dövlət başçılarının birgə bəyanatına hazırlıqla bağlı məlumatlandırıb.

# 412
avatar

Oxşar yazılar