15:16
01 Oktyabr 2020

"Riyakar və qeyri-konstruktiv siyasət aparan Ermənistanın..." - Baş prokuror

"Riyakar və qeyri-konstruktiv siyasət aparan Ermənistanın hərbi-siyasi rəhbərliyinin göstərişi ilə son günlər düşmənin silahlı qüvvələri beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozaraq dinc sakinlərimizə qarşı terror əməllərini davam etdirir, mülki infrastruktur obyektlərini - yaşayış evlərini, xəstəxanaları, məktəb binalarını, uşaq bağçalarını, dövlət qurumlarının inzibati binalarını, təsərrüfat təyinatlı əraziləri ağır artilleriya qurğularından intensiv atəşə tutmaqda davam edir".

APA-nın məlumatına görə, bu sözləri Azərbaycanın Baş Prokuroru Kamran Əliyev deyib.

O qeyd edib ki, prokurorluq əməkdaşları tərəfindən döyüş şəraitində mümkün olan bütün istintaq əməliyyat tədbirləri həyata keçirilir, Azərbaycanın Baş Prokurorluğu tərəfindən ordumuza və dinc əhaliyə qarşı cinayətlər törətmiş təxribatçı erməni birləşmələrinin hərbi qulluqçularının beynəlxalq hüquq normaları çərçivəsində məsuliyyətə cəlb edilmələri üçün bütün imkanlarından istifadə edərək lazımı tədbirlərin görülməsi təmin ediləcək.

Dİgər xəbərlər