MİQ üzrə müsabiqə təxirə salındı - RƏSMİ
30 sentyabr 2020 14:19 (UTC +04:00)

MİQ üzrə müsabiqə təxirə salındı - RƏSMİ

2020/2021-ci tədris ilinə uşaq musiqi, incəsənət və rəssamlıq məktəblərinə müəllimlərin işə qəbulu üzrə müsabiqə təxirə salınıb.

Bu barədə Lent.az-a Mədəniyyət Nazirliyindən məlumat verilib. Bildirilib ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarlarına əsasən koronavirus (COVID-19) infeksiyasının yayılma sürətinin azaldılması, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə ölkə ərazisində xüsusi karantin rejiminin tətbiq edilməsi, habelə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin tabeliyindəki mədəniyyət müəssisələrinin fəaliyyətinin təkmilləşdirilməsi və səmərəliliyinin artırılması istiqamətində müvafiq islahatların aparılması ilə əlaqədar nazirliyin sistemindəki uşaq musiqi, incəsənət və rəssamlıq məktəblərinə 2020/2021-ci tədris ilinə pedaqoji kadrların işə qəbulu üzrə növbəti müsabiqənin keçirilməsi təxirə salınır.

Sözügedən müsabiqənin keçirilməsi ilə bağlı müvafiq qərar olduğu təqdirdə bu barədə ictimaiyyətə geniş məlumat veriləcək, Nazirliyin rəsmi saytında (mct.gov.az) və "Facebook" səhifəsində, Uşaq musiqi və incəsənət məktəblərinin tədris portalında (www.music.mctgov.az), habelə kütləvi informasiya vasitələrində elan yerləşdiriləcək.

# 895
avatar

Hicranə Əlişqızı

Oxşar yazılar