14:52
29 Sentyabr 2020

"Real" və "Çelsi"nin keçmiş futbolçusundan Ordumuza dəstək - FOTO

“Səbail” klubunun keçmiş futbolçusu Maykl Essyen Ermənistan silahlı qüvvələrinin işğal etdiyi əraziləri azad etmək üçün əks-hücuma keçən Azərbaycan Ordusuna dəstək nümayiş etdirib.

Apasport.az saytının məlumatına görə, vaxtilə “Real”, “Çelsi” kimi məşhur klubların formasını geyinmiş qanalı bununla bağlı instaqram səhifəsi vasitəsilə paylaşım edib.

Azərbaycan bayrağını paylaşan ulduz futbolçu üzərində ingilis dilində “Azərbaycan üçün dua et” yazıb və üzərinə “Qarabağ Azərbaycanındır” həştəqini yerləşdirib.

Qeyd edək ki, Maykl Essyen 2019-cu ilin martından bu ilin yayına qədər ölkəmizdə “Səbail”in formasını geyinib, eyni zamanda klubun U-19 komandasının məşqçisi olub.

Dİgər xəbərlər