Bakıda mağaza içindəki əşyalarla birgə yandı
29 sentyabr 2020 09:28 (UTC +04:00)

Bakıda mağaza içindəki əşyalarla birgə yandı

Bakının Qaradağ rayonunda yanğın olub.

Lent.az FHN-in rəsmi saytına istinadla bildirir ki, Qaradağ rayonunda ümumi sahəsi 150 m² olan mağazanın dam örtüyünün yanar konstruksiyaları və içərisinə yığılan mallar 100 m² sahədə yanıb. Mağazanın qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

# 607
avatar

Mehman Nəbiyev

Oxşar yazılar