Azərbaycanda xüsusi karantin rejiminin müddəti noyabrın 2-dək uzadıldı
28 sentyabr 2020 17:08 (UTC +04:00)

Azərbaycanda xüsusi karantin rejiminin müddəti noyabrın 2-dək uzadıldı

Nazirlər Kabineti “Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddətinin uzadılması barədə” qərar verib.

 APA-nın məlumatına görə, ölkə ərazisində xüsusi karantin rejimi 2 noyabr saat 06:00-dək uzadılıb.  

 

2020-ci il 3 oktyabr saat 00:00-dan 5 oktyabr saat 06:00-dək, 10 oktyabr saat 00:00-dan 12 oktyabr saat 06:00-dək, 17 oktyabr saat 00:00-dan 19 oktyabr saat 06:00-dək, 24 oktyabr saat 00:00-dan 26 oktyabr saat 06:00-dək və 31 oktyabr saat 00:00-dan 2 noyabr saat 06:00-dək ictimai nəqliyyatın hərəkətinin və Bakı Metropolitenində sərnişindaşıma fəaliyyətinin dayandırılacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1016

Oxşar yazılar