Bakıda usta maşın qaçırdı
28 sentyabr 2020 19:53 (UTC +04:00)

Bakıda usta maşın qaçırdı

Binəqədi rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinə müraciət edən Bakı şəhər sakini Z.Əsgərov cari il iyulun 10-da “Volkswagen” markalı avtomobilini rayon ərazisindəki avtomobillərin təmiri sexində ustaya verdiyini və sentyabrın 25-də ustanın qaçırdığını bildirib.

Lent.az DİN mətbuat xidmətinə istinadla bildirir ki, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Lənkəran rayon sakini N.Əsədov sentyabrın 27-də rayon ərazisində avtomobillə birgə saxlanılıb.

# 454
avatar

Mehman Nəbiyev

Oxşar yazılar