Naxçıvan Muxtar Respublikasında mağazadan oğurluq olub.
DİN mətbuat xidmətindən Lent.az-a verilən xəbərə görə, nazirliyin qaynar xəttinə sentyabrın 22-də Naxçıvan şəhəri ərazisindəki ticarət mərkəzlərinin birindəki mağazadan 315 min manat pulun oğurlanması barədə müraciət daxil olub. Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Naxçıvan şəhər sakini M.Seyidzadə və Danyeri kənd sakini Y.Əliyev müəyyən edilərək saxlanılıblar.
Faktla əlaqədar Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsi ilə cinayət işi başlanıb.