“Ermənistan tərəfindən çox saxta məlumatlar hazırlanır" - RƏSMİ
28 sentyabr 2020 12:27 (UTC +04:00)

“Ermənistan tərəfindən çox saxta məlumatlar hazırlanır" - RƏSMİ

“Ermənistan silahlı qüvvələrinin Dağlıq Qarabağda yerləşdirilməsi regional sülh üçün təhlükədir. Diplomatik korpus bu barədə məlumatlandırılıb”.

APA-nın məlumatına görə, bunu Müdafiə Nazirliyinin keçirdiyi brifinqdə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

O qeyd edib ki, Müdafiə Nazirliyi ölkəmizdəki xarici hərbi attaşeləri Ermənistanın təxribatı barədə məlumatlandırıb: “Ermənistan tərəfindən çox saxta və cılız məlumatlar hazırlanır. Bu qədər saxta məlumat hazırlayan silahlı qüvvələrə Ermənistan xalqının özü etibar etməz. Azərbaycan silahlı qüvvələri beynəlxalq hüququn prinsiplərini nəzərə alaraq fəaliyyət göstərir”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 683

Oxşar yazılar