09:11
28 Sentyabr 2020

“Qarabağ”la oyuna yeni məşqçi ilə çıxacaq - “Legiya”

Avropa Liqasının pley-off mərhələsində “Qarabağ”la qarşılaşacaq Polşa təmsilçisi “Legiya”da yeni təyinat reallaşıb.

Apasport.az saytının məlumatına görə, bir müddət əvvəl baş məşqçi postuna gətirilən Çesnav Mixneviçin köməkçilərindən birinin adı açıqlanıb.

Bu, 37 yaşlı Przemislav Maleçkidir. “Lex”in əvəzedici komandasının köməkçi-məşqçisi kimi fəaliyyət göstərmiş Maleçki bundan sonra Varşava klubunun əsas komandasında eyni funksiyanı icra edəcək. Onun yeni komandasında ilk işi məhz “Qarabağ”la matç olacaq.

Qeyd edək ki, oktyabrın 1-də Polşada keçiriləcək “Legiya” – “Qarabağ” matçı Bakı vaxtı ilə 22:00-da başlayacaq.

Dİgər xəbərlər