Abşeronda yaşayış binası yanıb
26 sentyabr 2020 19:21 (UTC +04:00)

Abşeronda yaşayış binası yanıb

Abşeron rayonunun Masazır qəsəbəsində beşmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində ümumi sahəsi 57 m² olan mənzilin mətbəxində mebel 8 m² sahədə qismən yanıb.

Fövqəladə Hallar Nazirliyindən Lent.az-a verilən məlumata görə, yüksək temperaturdan mətbəxin plastikdən ibarət pəncərə çərçivəsi və lambirindən ibarət tavanı 8 m² sahədə əriyib.

Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

# 1522
avatar

Oxşar yazılar